Qurban Qurbanov Rəşad Sadıqovun komandası ilə görüşdü

qurban-qurbanov-resad-sadiqovun-komandasi-ile-gorusdu
Oxunma sayı: 1107

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və əsas millimizin baş məşqçisi Qurban Qurbanov Rəşad Sadıqovun başçılıq etdiyi 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, Elxan Məmmədov və Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.