Qurban Qurbanov üçün yubileylər turu

qurban-qurbanov-ucun-yubileyler-turu
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi məlumata görə, "Qarabağ"ın “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Qara Qarayevin vurduğu qol Qurbanovun Premyer Liqa oyunlarında sevindiyi 200-cü qol oldu. Bu da, məhz baş məşqçi karyerasını başladığı “Neftçi” ilə oyuna təsadüf etdi.

Bu matç gənc çalışdırıcının ölkə çempionatlarında, eyni zamanda Ağdam təmsilçisinin də üst-üstə bütün yarışlarda 80-ci qələbəsi oldu.
III turun “Sumqayıt”la oyunu isə Qurbanovun baş məşqçi karyerasında 200-cü matç olacaq. İndiyədək çalışdırdığı “Neftçi” və “Qarabağ”ı daxili yarışlarda və qitə kuboklarında 199 görüşə çıxaran mütəxəssis yubiley oyununa çıxacaq.