Qurban Qurbanov və Rəşad Sadıqov gənclərlə görüşdü - Fotolar

qurban-qurbanov-ve-resad-sadiqov-genclerle-gorusdu
Oxunma sayı: 1629

Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşçisi Qurban Qurbanov və U-21 yığmasının çalışdırıcısı Rəşad Sadıqov iştirak edib.

Baş katib çıxış edərək Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, tövsiyələrini verib. Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib.

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız 1-ci qrupda mübarizə aparacaq. Futbolçularımız noyabrın 14-də İsrail, 3 gün sonra Gürcüstan, 20 noyabrda isə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq.