“Qurban Qurbanov yerli Zidandır”

qurban-qurbanov-yerli-zidandir
Oxunma sayı: 1631

“Qarabağ”ın keçmiş futbolçusu Əlhərbi Əl-Jadeyui Fransa mətbuatına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, karyerasını bitirən oyunçu “Qarabağ”da oynadığı günlərdən də danışıb. 

33 yaşlı yarımmüdafiəçi Qurban Qurbanovu da Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidanla müqayisə edib: ““Qarabağ” Azərbaycanda 1 nömrəli klubdur. Hər şey yüksək səviyyədə idi. Komandanın oyunları zamanı paltardəyişmə otağına girəndə hər şey hazır olurdu. Orada inkişaf etdim. Baş məşqçi Qurban Qurbanovdur. Ona yerli Zidan demək olar. Çox ehtiraslı məşqçi idi və stadionda yatırdı. Taktiki və texniki cəhətdən çox şeylər öyrədirdi. “Qarabağ” müntəzəm şəkildə Çempionlar Liqası və Avropa Liqasında oynayırdı”.

Qeyd edək ki, Əlhərbi Əl-Jadeyui 2015/2016-cı illərdə “Qarabağ”da çıxış edib.