Qurban Qurbanovdan Mahirə - “Onu sosial şəbəkələrdə daha az görəcəksiniz”

qurban-qurbanovdan-mahire
Oxunma sayı: 3499

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ”ni 4:1 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

“Qafqaazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib:

“Vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Buna görə bir qədər rotasiyaya əl atdıq. Futbolçularım istəkli idilər. “Qəbələ”yə uğurlar arzulayıram”.

- Millinin baş məşqçisi kimi cavab verməyinizi istəyərdik. “Qarabağ”ın 2-ci heyətinin “Qəbələ”ni belə rahat məğlub etməsi size məyus etmir?

-  Xeyr. Bu cür nəticələr nadir hallarda qerydə alınır. Məsələn, “Sumqayıt”la oyunda fərqli nəticə olmuşdu.

- Mahir Mədətovun sosial şəbəkədə azarkeşlərin birinə kəskin reaksiya verməsindən məlumatınız varmı və bu barədə onunla söhbət etmisinizmi?

- Son vaxtlar Mahirin adı mənfi obrazda hallanır. Sosial şəbəkədə olmasam da, bu barədə məlumatlar alıram. Uşaqlarla söhbətim olub. İnanıram ki, Mahiri gələcəkdə sosial şəbəkələrdə daha az görəcəksiniz. Sosial şəbəkəyə aludə olmaq insanın zamanının çox vaxtını alır.

- Araz Abdullayev mərkəz hücumçusu kimi çox yaxşı təsir bağışladı. Forvard qıtlığında onun mövqeyini birdəfəlik dəyişmək niyyətiniz yoxdu?

- Araz universal oyunçudu. Hücumda oynamaq potensialı yetərincədi. Bu gün əlimə belə fürsət düşdü və özünü yaxşı tərəfdən göstərdi. Arazın təcrübəsi artıb. Hansı mövqeyə qoysan, ümumi ansambldan düşməyəcək.