Qurban Qurbanovdan məğlubiyyət şərhi

qurban-qurbanovdan-meglubiyyet-serhi
Oxunma sayı: 3186

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" pley-off mərhələsinin ilk oyununda "Linfild"ə 2:3 hesabı ilə məğlub olub.

"Qafqazinfo" xəbər verir ki, Şimali İrlandiyada keçirilən görüşdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

O, məğlubiyyəti belə şərh edib:

"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, komandaların cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.