Qurban Qurbanovun milliyə dəvət etdiyi futbolçu zədələndi

Qurban Qurbanovun milliyə dəvət etdiyi futbolçu zədələndi
Oxunma sayı: 719

Uzun müddət sonra millimizə dəvət alan "Samsunspor"un futbolçusu Ufuk Budak yığmamıza qoşulmaya bilər.

“Qafqazinfo” xəbər verir ki, sol cinah müdafiəçisinin zədə problemi var. 28 yaşlı futbolçu Türkiyə I Liqasının son turunda "Qaziantepspor"la matçında zədələnib.

Qasıq nahiyyəsində problem olan Ufuk "Boluspor"la matça yetişməyə bilər. Budakın zədəsi uzun zaman alsa, millimizin martın 23-də Belarus və həmin qarşılaşmadan 4 gün sonra keçiriləcək Makedoniya ilə qarşılaşmalara dəvət almayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi