Qurban Qurbanovun oğlu millimizdə dubl etdi

Qurban Qurbanovun oğlu millimizdə dubl etdi
Oxunma sayı: 1104

Bosniya və Herseqovinada təşkil edilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turnirinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi 3-cü – sonuncu görüşünü meydan sahiblərinə qarşı keçirib.
 
Oyun Bosniya və Herseqovina yığmasının 3:2 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.
 
Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) yenilən U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi