Qurban Qurbanovun oğlu milliyə çağırıldı

Qurban Qurbanovun oğlu milliyə çağırıldı
Oxunma sayı: 1691

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına başlayıb. “Qafqazinfo” xəbər verir ki, yığmamız Serbiyada hazırlıq keçir.

Dünən başlayan toplanışda 21 futbolçu iştirak edir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da Serbiya hazırlığına qatılan heyətdə yer alıb.
 
Ümumiyyətlə isə millidə “Qəbələ” hamıdan çox – 6, “Qarabağ”la “Neftçi” hərəyə 4 oyunçu ilə təmsil olunub: Ayxan Arazlı, Turan Vəlizadə, Zamiq Əliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Elməddin Sultanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı “Qəbələ”), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı “Neftçi”),  Sərcan Omarov, Cavid Əliyev, Ceyhun Nuriyev (hamısı “İnter”), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), Murad Məmmədov (“Səbail”), Elnur İbrahimov  (“Spartak-2”, Moskva, Rusiya).


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi