Qurban Qurbanovun portreti belə çəkildi - Video

qurban-qurbanovun-portreti-bele-cekildi
Oxunma sayı: 2681

Azərbaycanlı rəssam Rövşən Şirinovun “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovun portretini çəkməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. 

“Qafqazinfo” xəbər verir ki, rəssam portreti çəkdiyi anları videolentə alaraq səhifəsində paylaşıb. Qurbanovun pərəstişkarları da portreti bəyəniblər.
 
“Qafqazinfo” maraqla qarşılanan portretlə bağlı rəssamın özü ilə əlaqə saxlayıb. O qeyd edib ki, portreti kətan üzərində yağlı boya ilə çəkib: “Mən özüm futbol fanatı deyiləm. Ancaq “Qarabağ” ın ÇL-nın qrupuna düşməsi məni çox sevindirdi. Həmin oyuna da baxdım və sevindim. Ani qərara aldım ki, bu işdə böyük əməyi olan Qurban Qurbanovun portretini çəkim. 

Hələ ki, portreti özünə təqdim etməmişəm. Sosial şəbəkədə Qurbanovun yaxınları təklif elədilər ki, bunu özünə verim. Hələ ki, görüş fürsətimiz olmayıb. Kimsə onla görüş təşkil etsə, portreti özünə hədiyyə edəcəm”. 

Günel Türksoy