Qurban Qurbanovun qardaşı Həcc ziyarətinə getdi

qurban-qurbanovun-qardasi-hecc-ziyaretine-getdi
Oxunma sayı: 2437

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayıb. Hər il olduğu kimi, bu dəfə də Həcc ziyarətinə gedənlər arasında idman adamları var.

“Qafqazinfo” Komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov da Həcc ziyarətinə gedib.

Futbolçu kimi “Neftçi”, “Kəpəz”, “Turan”, “Daşqın” kimi komandalarda forma geyinmiş Musa Qurbanov, son olaraq Zaqatalanı 1-ci divizionda təsmil edən eyniadlı klubda prezident vəzifəsində çalışıb.