Qurban təsdiqlədi, Reynaldo artıq Bakıdadır - “Müqaviləsinə şərt saldıq...”

qurban-tesdiqledi-reynaldo-artiq-bakidadir
Oxunma sayı: 4420

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Reynaldonun Ağdam klubuna qayıtmaq söhbətlərinə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o, braziliyalının qayıdışını təsdiqləyib. Qurbanov həmçinin, Reynaldoya xüsusi şərt qoyulacağını bildirib:

"O, artıq Bakıdadır. Sabah tibbi müayinədən keçəcək. Hər şey yaxşı olarsa, müqavilə imzalanacaq. Buradan gedişindən əvvəl son zamanlar əyləncəyə meyilli olmuşdu. Onunla bu barədə söhbətimiz olacaq. Hətta müqaviləsinə şərt salınacaq".