Qurban Yetirmişli namizəd oldu

qurban-yetirmisli-namized-oldu
Oxunma sayı: 683

Mərkəzin mətbuat xidmətindən ‘‘Qafqazinfo’’ya daxil olan məlumata görə iclasda geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktorları T.Tağıyev və İ. Kazımovun ETŞ-nin tərkibinə daxil edilməsi, 17.02.2012-ci il tarixində “Azərbaycan” qəzetində AMEA-nın üzvlüyünə seçkilər haqqında verilən elanda göstərilən “Geologiya” ixtisası üzrə müxbir üzvlüyə namizədin irəli sürülməsi, eləcə də, digər təşkilatı məsələləri müzakirə edilib. RSXM-in seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli çıxış edərək AMEA-nın “Geologiya” ixtisası üzrə müxbir üzvlüyə RSXM-dən Baş direktor, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişlinin namizədliyini irəli sürdüyünü bildirib. Daha sonra ETŞ üzvüləri namizədin irəli sürülməsi ilə bağlı səsvermədə iştirak ediblər və AMEA RSXM-ın Baş direktoru, geologiyas-minerologiya elmlər doktoru Q.Yetirmişlinin namizədliyi 15 nəfər ETŞ üzvü tərəfindən dəstəklənib. ETŞ -nin iclası 2012 -ci ildə keçiriləcək seminarlarda elmi məruzələrin planının təqdim edilməsi ilə başa çatıb.

Mirislam Məmmədov