Qurbanlıq heyvanlar yarmarkada neçəyədir?

qurbanliq-heyvanlar-yarmarkada-neceyedir
Oxunma sayı: 2848

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları təşkil edir.

"Qafqazinfo" xəbər verir ki, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır.

Bu məqsədlə “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq. 

Qeyd edək ki, bu ildən tətbiq edilən onlayn sifariş mexanizmi https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qəbul olunur. Vətəndaşların marağı və tələbatın çox olmasını nəzərə alaraq sifarişlərin qəbulu 11 avqust saat 23:59-a qədər uzadılıb. 

“Kənddən Şəhərə” yarmarkaları 12-13 avqust tarixlərində 19-u Bakıda olmaqla respublikanın fərqli nöqtələrində fəaliyyət göstərəcək.