Qurbanov “Çelsi”nin düşərgəsinə yollanır

qurbanov-celsinin-dusergesine-yollanir
Oxunma sayı: 2087

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi”nin düşərgəsinə yollanacaq.

“Qafqazinfo” xəbər verir ki, o, London klubunun düşərgəsində bir neçə gün olacaq və komandanın məşqlərini izləyəcək. 

Bununla bağlı Qurbanov fikrini də bildirib: “Mən həmişə lider məşqçiləri izləməyi sevirəm. Ona görə də “Çelsi”ni seçdim. Maraqlıdır ki, Antonio Kontenin uğurlarının səbəbi nədir. Bu məqsədlə məşqləri izləmək üçün ora gedəcəm”.