Qurbanov “Qarabağ”dan gedir? - Klubdan açıqlama

qurbanov-qarabagdan-gedir
Oxunma sayı: 3322

“Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəl Qurban Qurbanovun millinin baş məşqçisi seçilməsinə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən Ə. Çəlikəl Q. Qurbanova uğurlar arzulayıb: “ Biz bu məsələyə xeyirli olsun deyirik. İnşallah, bu yığma komandamız üçün yaxşı olacaq. Buna inanırıq və onu dəstəkləyirik. 

Bu addım ona görə atılıb ki, milli  də uğurlara imza atsın. Yəqin ki hər şey istədiyimiz və fikirləşdiyimiz kimi olar. Qurban müəllimə dəstək olub ona inanmaq lazımdır. Mən bilirəm ki, Azərbaycan ictimaiyyəti ona inanır. O da  bu inamı doğruldacaq.
 
Onun həm də “Qarabağ” ın baş məşqçisi kimi fəaliyyət göstərməsi iş prosesinə mane olmayacaq.  Çünki millinin bir çox futbolçusu “Qarabağ”da oynayır. Qurban  müəllim futbolçuların potensialına bələddir. Ən yaxşı qərarı özü verəcəyinə inanıram”. 

 Günel Türksoy