Qurbanov və Qriqorçukdan müraciət - “Onlar üçün darıxmışıq”

Qurbanov və Qriqorçukdan müraciət
Oxunma sayı: 3111

Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Təxminən 2 aya yaxın qış fasiləsindən sonra çempionatın son 14 turu oynanılacaq. 

Klubların keçdiyi təlim-məşq toplanışının ardından ilk turda maraqlı qarşılaşma baş tutacaq. 

Belə ki, çempionluğa iddialı iki komanda “Qarabağ” və “Qəbələ” üz-üzə gələcək. 

Azərbaycan çempionatının qalibinin adına böyük ölçüdə aydınlıq gətirən matçdan öncə hər iki komandanın baş məşqçiləri - Qurban Qurbanov və Roman Qriqorçuk, eyni zamanda “Qəbələ”nin futbolçuları azarkeşləri stadiona dəvət ediblər. Ağdam təmsilçisinin baş məşqçisi oyunçularının adından “Qarabağ” azarkeşləri üçün darıxdığını və onları meydançada görmək istədiyini bildirib. 

“Qafqazinfo” klubların məşq toplanışından hazırladığı videomaterialı təqdim edir:

Elsevər Məmmədov

Video: Nuran Məmmədov

           Pərvin Zeynal


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi