Qurbanovdan oyunsonrası ilk - Şərh

Qurbanovdan oyunsonrası ilk
Oxunma sayı: 2122

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirlən “Qarabağ” – “Roma” (1:2) matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Q.Qurbanov matçın ağır keçdiyini deyib:

“Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi