Qurbanovla Bordin irəlilədi

qurbanovla-bordin-ireliledi
Oxunma sayı: 1183

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda yer alan millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 458-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 4 pillə irəliləyib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 482 xalla 698-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 8 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə “Atletiko” “sükanı arxası”nda olan Dieqo Simeone qərarlaşıb. “Qremio”nun çalışdırıcısı Renato Qauço 3-cüdür.