“Qurd”un Şəki konserti

qurdun-seki-konserti
Oxunma sayı: 1046


“Qafqazinfo”nun verdiyi məlumata görə, Şəki şəhərində reper “Qurd”un “Yayın son gecəsi” adlı konserti baş tutub.

 Reperi dəstəkləməyə gələnlər arasında müğənni Roza Zərgərli, reper Prometey və dj Çina olub.

Qurd populyar mahnıları ilə yanaşı Roza Zərgərli ilə “Min bir gecə” duetini də ifa edib.

Reper konsertdən razı qaldığını, hər şeyin yüksək səviyyədə keçdiyini, ona dəstək olanlara öz minnətdarlığını bildirib.