Qurgen Markaryanın atası niyə özünü bıçaqladı?

qurgen-markaryanin-atasi-niye-ozunu-bicaqladi
Oxunma sayı: 1656


 “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Dünən intihara cəhd etdiyi ehtimal edilən və əməliyyata alınan Artuş Markaryanla bağlı artıq polislər araşdırmalara başlayıb. 

Markaryanın həyat yoldaşı isə bildirib ki, o, son vaxtlar əsəbi olmağa başlayıb, yuxusuzluqdan əziyyət çəkirdi və vaxtının böyük hissəsini oğlunun şəkilləri ilə keçirirdi. Onun sözlərinə görə, cümə axşamı əri qonaq otağında tək qalıb və səhər divanda qan içində tapılıb. 

Hüquq-mühafizə orqanları hadisə baş verən yerdə olublar. Məhkəmə-tibbi ekspertiza təyin edilib.