“Qurtuluş-93”dəki yanğında 4 polis tüstüdən zəhərləndi

qurtulus-93deki-yanginda-4-polis-tustuden-zeherlendi
Oxunma sayı: 2663

Fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib. 

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları hadisə yerinə gəliblər. Sakinlər təxliyyə olunub, onların təhlükəsizliyi təmin edilib, yanğın söndürülüb.

Təxliyyə zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər, onlara ilkin tibbi yardım göstərilib. 

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.