Qurumuş ağaclar əvəzlənib

Qurumuş ağaclar əvəzlənib
Oxunma sayı: 433

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə payız ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yenisi ilə əvəzlənməsi aksiyası Binəqədi rayonunda davam etdirilib. 

“Qafqazinfo” xəbər verir ki, aksiya zamanı Binəqədi rayon İcra Hakimiyyəti ilə birgə Biləcəri qəsəbəsində 4 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 600 ədəd çinar və sərv ağacı əkilib. 

Nazirlik aksiyalarda fəal iştirak edən hər kəsə təşəkkürünü bildirir və vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi