Quş 112 milyonluq ABŞ təyyarəsini “vurdu” - Foto

qus-112-milyonluq-abs-teyyaresini-vurdu
Oxunma sayı: 667

ABŞ-ın “B-52N2 tipli strateji bombardımançı təyyarəsi Quam adasında mühərrikinə quş girməsi səbəbindən qəzaya uğrayıb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Hərbi Hava Qüvvələrinin apardığı araşdırmalara istinadən məlumat yayıb.

Məlumata görə, qəzaya quşun təyyarənin mühərriyinin içinə daxil olması səbəb olub. Pilot təyyarənin hərəkət qüvvəsini kəskin itirən zaman havada quşları gördüyünü qeyd edib. İstintaq da qəzaya pilot səhvinin səbəb olması versiyasını təqzib edib.

Qeyd edək ki, 19 may 2016-cı ildə baş verən qəza zamanı 112 milyon dollar dəyərində olan strateji bombardımançı təyyarə tam məhv olub.