“Quş qripi” monitorinqinin nəticəsi açıqlandı

qus-qripi-monitorinqinin-neticesi-aciqlandi
Oxunma sayı: 1005

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq başa çatıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir köçəri quşların payız miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda həyata keçirilib. 

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Götürülmüş patoloji materiallar və qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Son olaraq, Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.