Quş təyyarəyə çırpıldı - Bakıdan İstanbula uçan təyyarə eniş edə bilmədi+ Video

Quş təyyarəyə çırpıldı
Oxunma sayı: 5772

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, Atatürk Hava Limanına enən təyyarə havada qəzaya uğrayıb.

Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.

Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.

Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi