Qusarda 6 otaqlı ev yanıb

qusarda-6-otaqli-ev-yanib
Oxunma sayı: 941

Qusarda yanğın baş verib.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına əsasən, rayonun Piral kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.