Qusarda ayı inəkləri parçaladı - Fotolar

Qusarda ayı inəkləri parçaladı
Oxunma sayı: 3886

Qusarda ayı mal-qaraya hücum edib.

“Qafqazinfo”nun Şimal bürosunun verdiyi məlumata görə, Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb.

Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb.

Sakinlər hadisədən bir gün sonra xəbər tutublar.

Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb. Onlar ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb.

Emin Kərimov







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi