Qusarda yanğın baş verib, ölən var

qusarda-yangin-bas-verib-olen-var
Oxunma sayı: 1558

Qusar rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nəticədə ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.