Qusarda yol qəzası - Ölən və yaralananlar var

qusarda-yol-qezasi
Oxunma sayı: 2881

Qusarda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) “Qafqazinfo”ya verilən məlumata görə, Avqustun 2-də saat 8 radələrində Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.