Qusarda yük avtomobili yanıb

qusarda-yuk-avtomobili-yanib
Oxunma sayı: 645

Qusar rayonu, Suvacal kəndində vətəndaşa məxsus “UAZ” markalı yük avtomobilinin kabina hissəsi yanıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.