“Qüsur tapa bilmədim...” - Günaydan yay fotosessiyası

“Qüsur tapa bilmədim...”
Oxunma sayı: 3357

Müğənni Günay İbrahimli bu ilin yay mövsümü ilə bağlı ilk fotosessiyasını təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, daim fərqli geyimləri və imici ilə diqqət çəkən sənətçi bu dəfə üç obrazda kamera qarşısına keçib. 

Bakıda lentə alınan fotoların müəllifi Toğrul Qurbanovdur. Günay qeyd edib ki, o, bu layihədə 2019-cu ilin trendini öz üzərində cəmləşdirib:

“Fotosessiyaya önəm verən müğənnilər varsa,  onlardan biri mənəm. Hər mövsüm çalışıram ki, fərqli obrazlarla görünüm. Düşünürəm ki, bu dəfə də qeyri-adi bir obrazda kamera qarşısına keçmişəm. Bu obraz dünyada trenddir. Belə ki, bu, rəngli makiyaj və bir-birinə zidd geyimlərin ahəngidir.

Makiyajı Lamiyə Ağababayeva, saçlarımı isə Aygün Məmmədova edib.  Fotosesiyanı çox bəyəndim, qüsur tapa bilmədim. Peşəkarla çalışmağın nəticəsidir. Bundan əvvəl “Min bir gecə” mahnıma uyğun olaraq sadə bir obraz idi. İndi isə onun əksini etdim ki, insanlar məni bu cür də görsünlər”. 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi