Qütb ayıları yaşayış məntəqələrinə endi - Fövqəladə vəziyyət elan edildi

Qütb ayıları yaşayış məntəqələrinə endi
Oxunma sayı: 2446

Rusiyanın Şimal qütbünə yaxın Arxangelsk vilayətinə daxil olan Yeni Torpaq adalarında qütb ayıları yaşayış məntəqələrinə eniblər.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, qlobal istiləşmə və aclıq səbəbindən qida tapmaqda çətinlik çəkən ayılar şəhər mərkəzinə enərək özlərinə yem axtarıblar.

Bəzi ayılar hətta evlərə də girib. Bu səbəbdən Arxangelskdə fövqəladə vəziyyət elan edilib.

Yerli əhali rəsmi qurumlara müraciət edərək ayıları vurmaq üçün icazə istəsələr də, bu tələb rədd edilib. Nəsli tükənməkdə olan qütb ayılarına zərər verilməməsi barədə xəbərdarlıq verilib.

Hazırda ayıların yaşayış məntəqələrindən toplanması üçün çoxlu sayda işçi cəlb edilib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi