Quterreş Paşinyana təbrikində Qarabağdan yazdı - “Köməyə hazırıq”

quterres-pasinyana-tebrikinde-qarabagdan-yazdi
Oxunma sayı: 2460

BMT-nin baş katibi Antonio Quterreş Ermənistanın yeni baş naziri Nikol Paşinyana təbrik ismarışı yollayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, baş katib mesajında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş olacağına ümid etdiyini bildirib. O, bu işdə Minsk qrupunun problemin sülh yolu ilə həllinə çalışmasını dəstəklədiyini deyib:

“Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün edilən cəhdlərin müsbət nəticə verəcəyinə və Cənubi Qafqaz xalqları üçün daimi sülhün, rifahın təşkilində mühüm işlər görüləcəyinə ümid edirəm. BMT bu problemin həlli üçün kömək etməyə hazırdır”. 

Nuranə