Quterreş Trampla görüşdü

quterres-trampla-gorusdu
Oxunma sayı: 997

ABŞ prezidenti Donald Tramp BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trampla Quterreş İran, Suriya və Şimali Koreya ətrafındakı məsələləri, BMT-nin islahatlarını müzakirə ediblər. Tramp BMT-nin fəaliyyətinin daha da effektiv olması üçün səylərini gücləndirəcəklərini vəd edib.

Tərəflər ümumi təhlükələrə qarşı növbəti aylarda birgə işləməyə razılıq veriblər. 

Nuranə