Quyu qapaqlarından tutmuş su çəninə qədər oğurladı

quyu-qapaqlarindan-tutmus-su-cenine-qeder-ogurladi
Oxunma sayı: 789

Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

“Qafqazinfo”nun məlumatına görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, rayon Telekommunikasiya Qovşağına məxsus 4 rabitə quyusundan qapaqların, Xırdapay kənd qəbrisitanlığından su çəninin, şəhər sakini M.Hacıyevin həyətindən 201 kiloqram metal qırıntılarının və M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlanması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanılıb.

Araşdırma aparılır.