Quyuya düşən şəxs xilas olunub

quyuya-dusen-sexs-xilas-olunub
Oxunma sayı: 643

Şəkidə quyuya düşən şəxs xilas olunub.

“Qafqazinfo”  FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 6 metr olan kanalizasiya quyusundan vətəndaşı çıxaraq  aidiyyətı üzrə təhvil veriblər.