Quzanlıda yol qəzasında sürücü ölüb

quzanlida-yol-qezasinda-surucu-olub
Oxunma sayı: 1591

Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 15-də saat 2 radələrində qeydə alınıb.

Ağdam rayonunun Quzanlı qəsəbəsində Ayaq Qərvənd kənd sakini Fətiş Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcına vurub və nəticədə sürücü hadisə yerində ölüb.