Rabitə Bakı xoş xəbər aldı

rabite-baki-xos-xeber-aldi
Oxunma sayı: 659

Avropa Çempionlar liqasında iştirakı təsdiqlənən komandamızın bu dəfə səsi daha böyük turnirdən gələcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, FİVB-dən gələn xüsusi dəvətə əsasən son illərin dəyişməz çempionu möhtəşəm Dünya Çempionatında iştirak edərək Azərbaycan xalqını sevindirməyə çalışacaq. Bu ilin 8-14 oktyabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində təşkil olunacaq FİVB klublararası Dünya Çempionatında Azərbaycan komandası da iştirak edəcək. Bu turnirdə iştirak edəcək 6 komandadan artıq 4-ü məlumdur. Belə ki öz qitələrinin çempionları Kenya Prisons (Afrika), Caguas (Norceca), Rabitə Bakı və VGSTT (Avropa) artıq bu turnirdə iştirak edəcəyini dəqiqləşdirərək daha iki rəqibin adının aydınlaşmasını gözləyir. Vakant yerlərin sahibləri isə Cənubi Amerika və Asiya Çempionlarının adları bəlli olandan sonra öz yerlərini tutacaqlar.

Dünya Çempionatının ilk mərhələsinin püşkatma mərasimi 26 iyun tarixində Doha şəhərində keçiriləcək.

Xatırladaq ki, uzun fasilədən sonra ötən il bərpa olunan turnir ötən əsrin son onilliyində bu komandaların iştirakı ilə keçirilib.

Nigar Məmmədli