Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 9 il

rabite-ve-informasiya-texnologiyalari-nazirliyi-9-il
Oxunma sayı: 831

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il Sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək, onun əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradılıb.
Azərbaycan hökumətinin, xüsusilə RİTN-in fəaliyyəti nəticəsində son illər ərzində respublikanın İKT sektoru yüksək templə inkişaf edir. Bunun bariz nümunəsi kimi bu müddət ərzində informasiya texnologiyaları sektorunda həyata keçirilən nəzərəçarpacaq işlər, İKT sektorunda qəbul edilən Dövlət Proqramları, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin buraxılması, ötən dövrdə reallaşan irimiqyaslı layihələr çərçivəsində məhsul və xidmət istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasını qeyd etmək olar. Nazirliyin yaradılması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı və tətbiqinə təkan verib.

Sektorun daha sürətli inkişafı və vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində qabaqcıl texnologiyaların tətbiq edilməsi məqsədilə 2013-cü il dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib.

Nigar Məmmədli