Rabitəçilər Van zəlzələsindən ziyan çəkənlərə yardım edib

rabiteciler-van-zelzelesinden-ziyan-cekenlere-yardim-edib
Oxunma sayı: 635

Nazirliyin mətbuat xidmətindən Qafqazinfoya daxil olan məlumatda bildirilir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivi könüllü olaraq topladıqları 10 min ABŞ dolları məbləğində vəsaiti Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə təqdim ediblər.

Rabitəçilər Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıca başsağlığı verərək xalqımızın onların dərdinə şərik olduqlarını bildirib, Azərbaycanın daim Türkiyənin yanında olacağını söyləyiblər.

Öz növbəsində Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Azərbaycanın Türkiyə ilə bir millət, iki dövlət, dost və qardaş ölkə olduğunu söyləyib. O, zəlzələ baş verəndən sonra ən qısa vaxt ərzində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım karvanlarının göndərilməsini yüksək qiymətləndirib. O bildirib ki, rabitəçilərin ilk belə təşəbbüslə çıxış etməsindən məmnundur.