Radikal “islamçılar”ın qırğını

radikal-islamcilarin-qirgini
Oxunma sayı: 633

“Qafqazinfo”nun “İslaminsesi.az”a istinadən verdiyi məlumata görə, şimali Nigeriyanın Banna şəhərində “Boko-Haram” radikal "islamçı" qrupu polis məntəqəsinə, kazarmaya, və həbsxanaya hücum edib. Nəticədə qruplaşmanın üzvləri olan 13 vəhhabi də daxil olmaqla, ümumilikdə 55 nəfər həlak olub.

“Reuters” agentliyi xəbər verir ki, “Boko-Haram” radikal qruplaşmasının silahlıları 22 polis, 14 həbsxana əməkdaşı, 2 hərbçi və 4 adi vətandaşı qətlə yetiriblər.

Hücum edən vəhhabilərin sayı qeyd edilməyib. Məlumata görə, cinayətkarlar 105 məhbusu azad ediblər. Polis məntəqəsi, kazarma və bir neçə hökumət binası yandırılıb.

Qeyd edək ki, “Boko-Haram” radikal "islamçı" qruplaşması Nigeriyanın şimalında, müsəlmanların üstünlük təşkil etdiyi yerlərdə fəaliyyət göstərirlər.