“Radikallığı təbliğ edən 29 adda kitabın idxalına qadağa qoyulub” - - Komitə sədri

radikalligi-teblig-eden-29-adda-kitabin-idxalina-qadaga-qoyulub-
Oxunma sayı: 1219


"Qafqazinfo"nun Lent.az-a istinadən verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib. Onun sözlərinə görə, bununla da dövlət qeydiyyatından keçən dini qurumların ümumi sayı 588-ə çatıb: “688 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədə uyğun sayılmayıb”.

Komitə sədri onu da vurğulayıb ki, ölkədə çap olunmaq məqsədi ilə ekspertizaya 209 adda dini ədəbiyyat təqdim edilib, onlardan 4-ündə dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməyib.