Radioaktiv material daşıyan yenə saxlanıldı

radioaktiv-material-dasiyan-yene-saxlanildi
Oxunma sayı: 2516

Bakıda keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunan Soltanov Şahin Akif oğlu saxlanılıb.

Onun üzərindən 457 qram qurudulmuş marixuana aşkar edilib. Ş. Soltanov narkotik tərkibli bitkini Hövsan qəsəbəsində naməlum şəxsdən satmaq məqsədi ilə əldə edib.

O, əvvəllər Cinayət Məcəlləsinin 226.1-ci Radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına vermə və ya dağıtma) maddəsi ilə məhkum olunub.