Rafael Ağayev son saniyələrdə uduzdu

rafael-agayev-son-saniyelerde-uduzdu
Oxunma sayı: 2949

Milli komandanın lideri Rafael Ağayev (-75 kq) Parisdə Premyer liqa turnirində ikinci yeri tutub. “Qafqazinfo” xəbər verir ki, karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

Yeni qaydalara əsasən medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir, 16-18 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.