Rafael və Coşqundan millət vəkilinə sərt cavab

rafael-ve-cosqundan-millet-vekiline-sert-cavab
Oxunma sayı: 1689

“Qafqazinfo”nun məlumatına görə, “Bu şəhərdə” lahiyəsinin senaristi Müşviq Abbasov bildirib ki, Raykinnən, Xazanovdan və Zadornovdan istedadına görə heç də geri qalmayan Dastin Xoffman, Toni Körtis, Cek Lemmon,Vladimir Vinokur, Ilya Oleynikov,Yuriy Stoyanov, Rafael Dadaşov, rəhmətlik Yaşar Nuri, rəhmətlik Əhməd Ağdamski və s. qadın obrazları yaradan sənətkarlar olub və var:

“Mən cox şadam ki, "Bu Şəhərdə"nin iştirakı ilə olan konsertlərə və reklam çarxlarına xalqın müxtəlif təbəqələri (fəhlələr, evdar qadinlar, polislər, taksistlər, həkimlər, bankirlər, jurnalistlər, deputatlar və s. ) nəinki baxır həm də müzakirə edir.Bu bizim reytinqdən və baxımlı olmagımızdan xəbər verir. Ola bilsin elə bu səbəbdən respublikanın bir nömrəli konsert salonuna Heydər Əliyev adına Saraya ən çox-rekord sayda tamaşaşı toplayan məhz bizik.

Sizin məntiqlə əgər həcc ziyarətində olan aktyorlar alkoqolik ya narkoman obrazını yaratsa, dönüb özləri alkoqolik ya narkoman ola bilər. Bu isə müsəlmana günahdır, elə həmin məntiqlə bu aktyorlara rüşvətxor insan və ya seçicilərinə yalan vədlər verən millət vəkili obrazlarını da yaratmaq günahdır, çünki dönüb onlardan biri ola bilərər, Sizin məntiqin ardı olaraq eləcə də bu aktyorlar qadın (qayınana, gəlin, baldız və s.) obrazları yarada bilməz, çünki bu kişi aktyor birdən dönüb olar qadın bu da günahdır. Statusuna hörmət etdiyim Fazil müəllim “mus-mus” deyənəcən mustafa deyim. Səhnədəki aktyorun əynindəki libas və ya parik o, aktyorun daxilinin göstəricisi yox, onun obrazını tamamlayan bir rekvizitdir. Əsas odur ki "Bu Şəhərdə"nin obrazları cinsindən asılı olmayaraq kişi kimi sözün düzünü deyir, yalan danışmır cəmiyyətimizdəki kişi paltarında olan bəzi insanlar kimi.

İslamda isə zarafat bir halda haram buyrulur oda əgər o, zarafatda yalan varsa. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir:"Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!" Əbu Davud.
Bizim konsertlərdə olan zarafatlar hansısa məqamlarda gülməli olmaya bilər, amma bu zarafatda hec vaxt yalan ola bilməz”.

Müşviq Abbasov cavabını P.S hissəsi ilə tamamlayır: “Əgər Siz bu statusu loru dildə necə deyəllər elə-belə mırta yazmısınızsa bu başqa məsələ, yox əgər ciddi müzakirə edirsinizsə mən Sizi maraqlandıran bundan da ciddi mövzular deyə bilərəm, misal üçün, gələn dəfə öz statusunuzda Siz - Hüseyn Dərya narkotikə niyə yox dedi?, Aygünlə Namiq niyə görə ayrıldı?, Elza Seyidcahan niyə taykeş ayaqqabı geyinir? "Kristall" qrupunun heyəti hansı səbəbdən dəyişdi?, Elariz neçəyə saç əkdirib? Röya ikinci dəfə niyə ana olmaq istəmir? Rəqsanə niyə üçüncü dəfə ana olmaq istəyir? və s. kimi mövzuları tam ciddi müzakirə edə bilərsiz”.