“Rafət Əlibayramski”nin məhkəməsi keçirildi

rafet-elibayramskinin-mehkemesi-kecirildi
Oxunma sayı: 1516

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Rafət Əlibayramski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrəhimovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Proses mayın 23-də davam etdiriləcək. 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib. R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır. Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə ittiham verilib. Dəstə üzvləri həmçinin, narkotik, qanunsuz silah daşıma maddələri də ittiham edlilirlər. 

“Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır. 

Murad Əhməd