Rafiq Hüseynov Türkiyədə təcili əməliyyat keçirəcək

rafiq-huseynov-turkiyede-tecili-emeliyyat-kecirecek
Oxunma sayı: 644

Xalq artisti, diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yenicag.az-a o, özü açıqlama verib. Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:

“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.