Rafiq Tağı ilə bağlı bəyanat

rafiq-tagi-ile-bagli-beyanat
Oxunma sayı: 676

İnstitutun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda publisist-yazarın bir vaxtlar dini məzmunlu yazılarına görə həbs cəzası aldığını xatırlanıb. Bəyanatda, həmçinin Səbail rayon Məhkəməsinin 2006-cı ildə bir yazısına görə dini ədavəti qızışdırmaqda ittiham edərək onu 3 il müddətinə azadlıqdan məhrum etdiyi qeyd edilib: “ Həbsdən buraxıldıqdan sonra da yazara qarşı hədələr durmamış, müxtəlif vaxtlarda ölümlə təhdid olunmuşdu. Həyatına təhlükələrlə bağlı belə açıq siqnalların olduğu durumda onun təhlükəsizliyinin qorunması yönündə lazımi addımların atılmaması, nəticədə yazarın ağır həyati xəsarətlər alması ilə müşayiət olunan olayın baş verməsi ölkədə ümumilikdə ifadə azadlığına çox ciddi təhdiddir”. Media Hüququ İnstitutu hökuməti, hüquq mühafizə orqanlarını publisit-yazarın bıçaqlanması olayını ən qısa zamanda araşdırmağa, günahkarı mühakimə etməyə, araşdırmalarla bağlı toplumu bilgiləndirməyə çağırıb.