Rafiq Tağı ilə bağlı təhqiqat qrupu işini yekunlaşdırdı

rafiq-tagi-ile-bagli-tehqiqat-qrupu-isini-yekunlasdirdi
Oxunma sayı: 661

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat verən təhqiqat qrupunun rəhbəri, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev yanvarın 21-də qətlin istintaqına dair ictimai nəzarəti həyata keçirən preventiv qrupun ilkin hesabatının ictimaiyyətə təqdim olunacağını bildirib. Təqdimata bütün media, diplomatik korpus və vətəndaş cəmiyyətinin nümayəndələri dəvət olunub.